pressxeber.info
pressxeber.info

Baş Prokurorun birinci müavini və yeni müavinləri təyin olundu – Rüstəm Usubov getdi

10 dəfə baxılıb 21-05-2020, 16:48

Baş Prokurorun birinci müavini və yeni müavinləri təyin olundu – Rüstəm Usubov getdi

 Baş Prokurora yeni müavinlər təyin olunub.
 
Pravda.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.
 
Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.
 
N. Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.
 
Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2020    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi