pressxeber.info
pressxeber.info

“Laçın” tankeri ilk səfərinə çıxıb

12 dəfə baxılıb 20-05-2020, 15:08

“Laçın” tankeri ilk səfərinə çıxıb

 

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəmiqayırma zavodunda inşa edilən və ilk milli istehsal olan “Laçın” tankeri ilk səfərinə çıxıb.

 

Pressxeber.info  SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Gürcüstanın Kulevi limanına yola düşüb. Gəmi oradan Türkiyəyə hərəkət edəcək.

 

 

Tanker Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımaları həyata keçirəcək. Gəminin heyəti 14 nəfərdən ibarətdir. Onun uzunluğu 141 metr, eni 16,9 metr təşkil edir.

Qeyd edək ki, “Laçın” tankerinin istismarına başlanması ilə Xəzər dənizindən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük gəmisi, 3-ü tankerdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2020    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi