{category-title}

 

Hər kəsə bəllidir ki, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında əsasını müəyyən etdiyi sosial-iqtisadi islahatlar, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Atılan addımların nəticəsidir ki, hal-hazırda ölkəmizin bütün sahələrində sürətli sosial-iqtisadi inkişafa və digər uğurlara nail olunmuşdur. Yəni, ötən illər ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa imza atmışdır. Fakt budur ki, ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində sürətli inkişaf prosesi və s. bu gün də özünü göstərməkdədir

Adil Məmmədov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan və dövlət başçısının etimadını qazanan, sadə insanların yanında olmağı bacaran nümunəvi rəhbər olub.
Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir. Bu müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və digər məsələlərlə bağlı olur. Adil Məmmədov hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq onun həllinə nail olur. Buna görə də yerli sakinlər daim rayon rəhbərliyindən razılıq edirlər.
Bu gün istər regional, istərsə də dünya miqyasında müsair Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər böyük nailiyyətlərə imza atmasına, beynəlxalq geosiyasi və geoiqtisadi məkanda ən güclü müstəqil subyektlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Ölkənin dinamik tərəqqisini şərtləndirən məqsədyönlü siyasət yeni minillikdə dünyanın iqtisadi tarixinə inkişafın Azərbaycan modeli anlayışının daxil edilməsi ilə nəticələnib. Artıq bu modelin xarakterik xüsusiyyətləri, spesifik, özünəxas cəhətləri dünyanın araşdırma mərkəzləri, tədqiqat institutları tərəfindən ətraflı öyrənilməkdə, tədqiq olunmaqdadır.
Heç şübhəsiz, belə bir inkişaf tendensiyası düşünülmüş və dəqiq elmi-nəzəri konsepsiyaya əsaslanan strateji proqrama söykənir. Onun müəllifi isə Azərbaycanı dünya üçün yenidən, yeni vüsət və keyfiyyət biçimində kəşf etmiş Prezident İlham Əliyevdir. Danılmaz həqiqətdir ki, bu gün respublikanın başdan-başa tikinti-quruculuq meydanına çevrilməsi, paytaxtın dünyanın sayılı şəhərləri cərgəsində mövqelərini möhkəmlətməsi məhz onun iradə və səylərinin bəhrəsidir.
İnzibati ərazi vahidi olaraq formalaşdığı dövr böyük zaman kəsiyini əhatə etməsə də, sözün əsl mənasında, zamanı qabaqlaya bilib. Bunun ən ümdə səbəblərindən biri Qobustan rayonunun yaranmasının ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövrünə təsadüf etməsi idi. Ötən illər rayonun istər iqtisadi, istərsə də sosial-mədəni həyatında yüksəliş və tərəqqi illəri kimi yadda qalmışdır. Ulu öndərin respublikada ikinci hakimiyyəti dövrü isə bütün ölkədə olduğu kimi, paytaxtın bu mərkəzi rayonunda da köklü keyfiyyət dəyişikliklərinin, xarakter və məzmunu etibarilə yeni islahatların həyata keçirilməsini təmin etdi. Rayon uzun müddət girdabında çabaladığı ətalət və sükunətin buxovlarından xilas oldu, inkişafının sıçrayış mərhələsinə qədəm qoydu. Bu dinamikanı müstəqillik tariximizin ulu öndərlə bağlı illərinin statistikası da təsdiq edir.
Qobustan rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı oaraq Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Ötən 9 il vüsət, inkişaf və konkret izləri həyatın bütün sferalarındakı pozitiv addımlarda təzahürünü tapmış, sosial-iqtisadi, mədəni və humanitar istiqamətləri ehtiva edən fəaliyyət sahələrində nailiyyətlərin miqyasının davamlı şəkildə genişləndiyi bir mərhələdir.
Bütövlükdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan yeni, möhtəşəm uğurlara imza atır. Qloballaşma prosesinin daha geniş vüsət aldığı mövcud zamanın çağırışlarına ahəngdar olan real tərəqqi ölkənin intibahını daha rəngarəng edir, onun istər regional, istərsə də qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Təsadüfi deyildir ki, ən müxtəlif istiqamətləri, o cümlədən sosial-iqtisadi sahəni özündə ehtiva edən inkişaf kontekstində Azərbaycan son 10 ildə iqtisadi artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə liderlik edir.
Cənab İlham Əliyevin titanik fəaliyyəti ölkəni sabitqədəm və hərtərəfli inkişaf yolunda yeni nailiyyətlərin müəllifinə çevirib. Və bütün bunların fonunda təqdirəlayiq haldır ki, yenə dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, xüsusi diqqət və qayğısı sayəsində bugünkü uğurların əldə olunmasında regionların, ölkənin ayrı-ayrı rayonlarının rol və xüsusi çəkisi mütəmadi olaraq yüksəlir.

Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Adil Məmmədov özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Adil Məmmədovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi . Qobustan rayon icra hakimiyyətinə aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər əldə olunmaqdadır. Hər kəsə bəllidir ki Adil Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Hal-hazırda . Qobustan rayon icra hakimiyyətinin başçısı, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki Adil Məmmədov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov belə insanlardandır.Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır Qobustan rayon icra hakimiyyətində böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.
Qobustan rayon icra hakimiyyətinin qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Adil Məmmədovun zəhməti sayəsində başa gəlib.

 

Bizdə bu çətin və şərəfli işlerde Adil müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Son xəbərlər

Bayram günü leysan yağacaq

Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb

İran İrəvandakı bu tarixi abidəmizi mənimsəyir - Foto

Nazirlik bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı PAYLAŞIM

Bu gün sonuncu çərşənbədir

“Bundan sonra bura Zəfər meydanıdır”

Başsağlığı

Prezident xalqı təbrik etdi

“Bu il bu proses davam edəcək”

Novruzda da bu küçələr avtomobillər üçün bağlı olacaq

Hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib

“Trabzonspor” – “Fənərbaxça” oyununa görə 12 nəfər saxlanıldı

“Azərbaycan-Rusiya münasibətləri sabit inkişafı ilə seçilir”

NATO Baş katibinin Azərbaycana səfəri başa çatdı

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib

Texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək - DYP

Bəzi sayt rəhbərləri Aydın Polat haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin

Yaz fəslinin Azərbaycana daxilolma vaxtı AÇIQLANDI

Putindən seçki açıqlaması: Bu, məni təəccübləndirdi

Anar Rzayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Əli Əsədov qərar imzaladı

NATO qoşunları Ukraynaya girsə, III Dünya müharibəsi başlayacaq - Nazir

Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI

Bütün xəbərlər