{category-title}

Karantindən sonra yas mərasimləri necə keçirilməlidir?

 

 

Koronovirus (COVID-19) pandemiyasi bir çox sahələrdə olduğu kimi yas mərasimlərinin keçirilmə formasına da təsirsiz ötüşmədi. İnsanlar bu mərasimləri əvvəlki qaydada bir yerə toplaşaraq israfçılıqla kütləvi şəkildə qeyd edə bilmədilər. Ona görə də karantin rejimi yas mərasimləri barədə yenidən düşünmək və israfçılıqdan uzaq olmaq üçün fürsət ola bilər. Bəs karantin rejimindən sonra yas mərasimləri necə keçirilməlidir?

Axşam.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Trend-ə açıqlamasında deyib ki, bu gün cəmiyyətin böyük hissəsi bu mərasimlərin keçirilmə formasından narazıdır. Yası düşən insan bilmir ki, dəfnlə məşğul olsun, yoxsa yas mərasiminin təşkili və ya ərzaq tədarükü ilə maraqlansın.

C.Məmmədov bildirib ki, bəzən insanlar məcburiyyət qarşısında qalaraq borc-xərc edib yas mərasimlərini təmtəraqlı keçirməyə çalışırlar:

"Bir çox insanlar el qınağına tuş gəlməkdən çəkinərək buna etirazlarını bildirə bilmirlər. Zaman-zaman Azərbaycan cəmiyyətində bu mövzuda çox müzakirələr aparılıb, etirazlar edilib. Ancaq nəticəsi olmayıb, beləliklə, insanların malı, pulu israf olunur.

Əslində bu mərasimlər İslam ənənələrindən çoxdan kənara çıxıb. İslama görə dünyasını dəyişən insan üçün 3 gündən artıq yas saxlanılmamalı, təmtəraq və israfçılığa yol verilməməlidir. Müsəlman cəmiyyətlərinə yaxından bələd olan bir insan kimi deyə bilərəm ki, bir çox müsəlman ölkəsinin özündə belə bu cür təmtəraqlı yas ənənələri mövcud deyil”.

Deputatın sözlərinə görə, digər bir problem də təmtəraqlı qəbir daşlarıdır:

“Bu gün sanki insanlar dünyasını dəyişən şəxsə bahalı başdaşı qoymaqda yarışa giriblər. Hətta qəbirin üzərində və ətrafında əlavə tikililər salınır.

Bəs, vəziyyətdən çıxış yolu nədir? Bu israfçılığa son qoymaq üçün nə etməliyik? Bu gün əslində bu mərasimlərin yüngülləşdirilməsi və israfdan uzaq keçirilməsi üçün yaxşı bir fürsət yaranıb. Artıq bir sıra keçmiş sovet respublikaları bu sahədə müəyyən qərar və qanunlar qəbul ediblər. Ancaq hər şeyi dövlətin edəcəyini gözləməməli, cəmiyyətdə vətəndaş mövqeyi və ictimai qınaq da olmalıdır. Tam imtina olmasa da, hazırkı dövrdə yas mərasimlərində yüngülləşməyə getmək insanların yükünün azaldılmasına böyük kömək ola bilər”.

Son xəbərlər

“Semka” da həbs edildi

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Paşinyan Putinin andiçməsinə gedəcək?

Tanınmış rusiyalı müxalif yazar həbs olundu

“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Fateh Can: Fədakar alim və cəfakeş ana

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

Bütün xəbərlər