{category-title}

ƏHALİNİN DİQQƏTİNƏ! Bakıdan rayonlara gediş-gəliş BELƏ TƏNZİMLƏNƏCƏK / DİN-dən AÇIQLAMA

 

“icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün BakıSumqayıtLənkəranGəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə tənzimlənəcəyinə aydınlıq gətirilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir:

“Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb. Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.(Apa)

Son xəbərlər

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Fateh Can: Fədakar alim və cəfakeş ana

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

Bakıda gənc qız intihar etdi

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək

Xoşbəxtlik birdən qapınızı döyəcək: Üç bürcə karyera və maliyyə uğurları VƏDİ

Kürdə batan 6 yaşlı qız və atası hələ də tapılmayıb

Almaniya Ukraynaya daha bir “Patriot” sistemi göndərəcək

Olaf Şolts: Putinlə zamanı gələndə danışıqlar aparacağam

Tbilisidə mitinq keçirilir

“Maşın bazarı”ndakı yanğın söndürülüb - YENİLƏNİB

Sabiq prokurorun oğlu yanaraq öldü - FOTO

Bütün xəbərlər