{category-title}

SON DƏQİQƏ: Daha bir vəzifəli şəxs həbs olundu

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılığın və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Redaktor.az xəbər verir ki, bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək mənfi amillərə, geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin Sfera.az-a daxil olan birgə məlumatında bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə qeyd edilən qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Bütün xəbərlər