{category-title}

Metro mayın 11-də açılır? - VACİB AÇIQLAMA

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində deyildiyi kimi Azərbaycanda mayın 11-dən sonra karantin rejiminə bəzi yumşaltma və ya sərtləşmələr tətbiq oluna bilər.

 

PressXeber.info xəbər verir ki, bu ölkədə COVID-19 virusuna yoluxma hallarından asılı olacaq.

 

Qeyd edək ki, mayın 11-də tətbiq olunacaq yumşaltmalarla bağlı müxtəlif fikirlər səsləndirilir. Bunların arasında “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyaların açılması, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrik qatarlarının reyslərinin artırılması və digər hallar daxildir.

Mayın 11-də yumşaltmaların tətbiq olunmasının nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik.
Deputat açıqlamasında bildirdi ki, bu, doğru addım olardı: "Çünki indiki vəziyyətdə təhlükə riski daha böyükdür. Avtobuslarda daha çox insan hərəkət etdiyi üçün sıxlıq yaranır. Məsələn, metronu səhər 07:00-dan 11:00-a qədər, axşam isə 17:00-dan 20:00-a qədər işləməsini təmin etmək olar ki, sıxlıq azalsın.

Çünki bu qədər avtobusdan gediş-gəliş problem yaradacaqdı. Xeyli insanlar da maskasız hərəkət etdiyinə görə təhlükə riski böyüyür. Buna görə, metronun açılması artıq vacibdir. Burada müəyyən mənada sosial məsafə gözlənilməli və metroya maskasız heç kim buraxılmamalıdır.

Eyni vəziyyət elektrik qatarlarına da aiddir. Onların da reyslərinin çoxalması ilə barəbər maskadan istifadə məcburi olmalıdır.

Hər yan açıla bilər, amma əsas olan budur ki, maskasız hərəkət edən hər bir şəxsin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulsun. Çünki artıq maskalarımız var, apteklərdə onu tapmaq mümkündür. İnsanlar belə bir vərdişə özlərini öyrəşdirməlidirlər".(Baku.ws)

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər