{category-title}

Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər - XƏBƏRDARLIQ

 

Aprelin 27-dən karantin rejimin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Təəssüf ki, çölə çıxan insanların bir çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı sosial məsafəni qorumurlar. İnsanların bu addımı koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxusu məsələnin nə qədər ciddi olduğunu başa düşmür: "Ümumi intizam və mədəniyyət qaydalarına riayət etmir. Ola bilər ki, buna görə də Operativ Qərargah karantin rejimini uzada bilər. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejimə keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər. Bu çox ciddi məsələdir. Havalar isinir. Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdilər. Görünür, bu insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artığını görürük. Bu bizi narahat edib, düşündürməlidir. Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Dünyada koronavirusa son qoyulan zaman biz arxayın ola bilərik. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar. Qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlardan insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar. Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat etməlidir".

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər