{category-title}

 

 

 

Hər kəsə bəllidir ki, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında əsasını müəyyən etdiyi sosial-iqtisadi islahatlar, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Atılan addımların nəticəsidir ki, hal-hazırda ölkəmizin bütün sahələrində sürətli sosial-iqtisadi inkişafa və digər uğurlara nail olunmuşdur. Yəni, ötən illər ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa imza atmışdır. Fakt budur ki, ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində sürətli inkişaf prosesi və s. bu gün də özünü göstərməkdədir.

Bugünkü yaşadığımız cəmiyyət hər kəs üçündür, ona görə də, gənclər, orta nəslin nümayəndələri, ahıllar və digər yaş həddində olanlar, ictimai həyatımızda baş verən inkişaf proseslərində yaxından iştirak etməlidirlər. Belə bir proseslərdə yaşlıların həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək və s. kimi addımları atmaq olduqca əhəmiyyət kəsb edir. Onu da bildirək ki, qədim zamanlardan ağsaqqallar, ahıl insanlar yaşadıqları cəmiyyətin ən hörmətli və müdrik insanları hesab olunmuşlar. Onlara cavanlar, böyüklər hər zaman hörmətlə yanaşıb, fikirləri ilə də hesablaşıblar. Qocaların sərvəti onların həyat təcrübəsindədir və onlara qulaq asıb dediklərinə əməl etməklə, məhz bu sərvətə sahib olmaq mümkündür.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Eldar Yunusov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Eldar müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir Eldar Yunusov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Hər kəsə bəllidir ki, Eldar Yunusov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Eldar Yunusov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Eldar Yunusov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.Müstəqillik qazandıqdan sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov belə insanlardandır.
Eldar Yunusov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Eldar Yunusovun həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq , fəxr etmişik.
Eldar Yunusov rəhbəri olduğu Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində qayda-qanunların , eləcədə
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Eldar müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Eldar müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

Son xəbərlər

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

Bütün xəbərlər