pressxeber.info
pressxeber.info

Xaçmazda 47 çətənə kolu məhv edilib

76 dəfə baxılıb 2-08-2018, 18:45

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Niyazabad kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 100-200 sm olan 47 ədəd çətənə kolu aşkar edilib.

Narkotik tərkibli çətənə bitkiləri Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi