{category-title}
Gündəm / Dünya
8.04.2020, 12:02
Rusiyada daha 5 nəfər koronavirusdan öldü
Rusiyada son sutka ərzində koronavirusa 1175 yeni yoluxma qeydə alınıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Operativ Qərargahın məlumatda bildirilir ki, ümumi yoluxanların sayı 8672 nəfərə çatıb.
Yoluxma 81 regionu əhatə edir.
Son sutka ərzində ölənlərin sayı isə 5 nəfərdir. Rusiya ərazisində indiyədək koronavirusdan 63 nəfərin öldüyü açıqlanıb.