{category-title}

7 aprel səhəri: 59 “Tomahavk” raketi Yaxın Şərqdə nələri dəyişdi? – TƏHLİL

 

Üç il əvvəl bu gün bütün dünya həyəcanla Suriya xəbərlərini izləyirdi. Bəzi ekspertlərin “Üçüncü Dünya müharibəsinin ayaq səsləri” adlandırdığı hadisə baş vermişdi: ABŞ Suriya ərazisini raket atəşinə tutmuşdu. Həmin vaxt Suriyada həm də Rusiya ordusu mövcud idi. Buna görə də, baş verənlərin böyük müharibəyə çevrilməsi riski yüksək idi.

ABŞ Hərbi-Dəniz Qüvvələri aprelin 7-də Suriya vaxtı ilə səhər saat 04:40-da Aralıq dənizinin şərqində yerləşən “USS Porter” və “USS Ross” adlı iki döyüş gəmisindən Suriya ordusuna məxsus “Əş-Şayrat” bazasına 59 “Tomahavk” raketi atdı. Suriya ordusuna məxsus “Əş-Şayrat” hərbi hava bazası Hums şəhəri yaxınlığında yerləşirdi.

Hums əyalətinin valisi yerli mediaya açıqlamasında hava zərbələri nəticəsində biri general olmaqla, yeddi hərbçinin öldüyünü, yeddi nəfərin isə yaralandığını bildirdi. Bazadakı anqarlarda doqquz hərbi təyyarə vurulmuşdu. Bu zərbələrdən dərhal sonra dünya bazarlarında neft iki faiz bahalaşdı.

Yayılan kadrlardan görünürdü ki, baza və anqarlar tamamilə dağıdılıb. Ancaq sonradan məlum oldu ki, itkilərin az olmasının daha obyektiv səbəbi varmış. KİV-də yer alan iddialarda qeyd olunurdu ki, həmin vaxt Suriyada antiterror əməliyyatlarını koordinasiya edən ABŞ və Rusiya ordusu arasında zərbələrdən əvvəl məlumatlandırma olub. Başqa sözlə, amerikalılar raket zərbələrindən ən azı yarım saat əvvəl rusları bundan agah etmişdilər. Ruslar isə Suriya tərəfinə bu barədə xəbər veriblər və nəticədə, yerli hökumət ordusu qısa müddət ərzində bazadakı istifadəyə yararlı silah və təyyarələrin azı bir qismini çıxarıb.

Lakin həmin təfərrüatlar dərhal açıqlanmadı. Hava zərbələrindən sonra ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı çıxışında bildirdi ki, Suriyaya hava zərbəsi əmrini o verib. ABŞ prezidenti hava zərbələrini bundan bir neçə gün öncə Suriya ordusunun Xan Şeyxun qəsəbəsində zarin qazından istifadə etməklə həyata keçirdiyi bombardmana cavab kimi əsaslandırmışdı. Xan Şeyxunu bombalayan Suriya təyyarələri məhz “Əş-Şayrat” aerodromundan havaya qalxmışdı.

Qərb bloku ölkələrinin əksəriyyəti, o cümlədən Böyük Britaniya, Fransa, Avstraliya, eyni zamanda Səudiyyə Ərəbistanı, Türkiyə və daha bir neçə region ölkəsi ABŞ-ın Suriyaya zərbələrini dəstəkləyən bəyanatlar verdilər. Rusiya, İran və bir sıra digər ölkələr isə bombardmanı qınayan açıqlamalar yayımladılar.

Bir çoxları bu hadisənin ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin, yəni böyük müharibənin başlanğıcı adlandırırdı. Lakin böyük müharibə olmadı, həmin vaxt prezident kimi vəzifələrinin icrasına başlamasından 80 gün ötən Donald Tramp “Əş-Şayrat” bazasına 59 “Tomahavk” atmaqla kifayətləndi.

Məsələ ondadır ki, Suriyada müharibənin başlaması, ümumiyyətlə, “ərəb baharı” Trampın sələfi Barak Obamanın prezidentliyi dövrünə təsadüf etmişdi. Ancaq Liviyada NATO çərçivəsində iştirakını və daha sonra İŞİD-ə qarşı 2014-cü ildə böyük koalisiya yaradılmasını çıxmaq şərtilə, ABŞ bu proseslərə müdaxilə etmədi. Hətta hakimiyyətinin son illərində Obama Liviyaya müdaxilənin yanlış olduğunu etiraf etmişdi.

Yalnız 2013-cü ildə Suriyada kimyəvi silahlardan istifadə iddiaları ortaya atılanda Vaşinqtonun hərbi müdaxiləsi məsələsi gündəmə gəlsə də, Obama Suriyaya müdaxilə əmri vermədi. Daha sonra isə Suriya rejiminə qarşı sanksiyalar istisna olmaqla, Vaşinqton Bəşər Əsədə qarşı aktiv cəbhədən çəkildi. 2013-cü ildən sonra ümumiyyətlə, müxaliflərə təlim keçən hərbi təlimatçılarını da geri çağırdı.

Lakin Tramp Obamanın tam əksi kimi çıxış edirdi və bu səbəbdən də, vəzifəsinin icrasına başlamasından iki ay sonra Suriya bazalarını vurması yeni prezidentin müharibəni başladacağına işarə kimi qəbul olunurdu. Xan Şeyxunda kimyəvi silahdan istifadə ilə bağlı iddialara cavab reaksiyası olaraq, Trampın “Əş-Şayrat” bazasını vurmaq əmrini verməsi Yaxın Şərqdə yeni müharibənin ilk addımı kimi göstərilsə də, zərbələrin davamı gəlmədi. Sonrakı mərhələdə isə Tramp özünü daha praqmatik, Amerikanın cari maraqlarını müdafiə edən siyasətçi kimi göstərdi.

Lakin bu zərbə Trampa həm ərəb müttəfiqlərini, həm İsrail lobbisini, həm də Vaşinqtondakı müharibə tərəfdarı siyasətçiləri sakitləşdirmək üçün kifayət etdi. Üstəlik, zərbələrdən dərhal sonra Trampın reytinqinin yüksəlməsi göstərdi ki, “Əş-Şayrat”ın vurulması düzgün hesablanmış taktiki gediş olub. Bununla, ABŞ prezidenti həm də lazım gələndə qətiyyətli qərar verə biləcəyini nümayiş etdirdi.

Sonrakı mərhələdə ABŞ prezidenti Suriyada kürdlərlə birlikdə İŞİD-ə qarşı əməliyyatlara dəstək verdi. May ayında isə İŞİD-in Suriyadakı paytaxtı Raqqa şəhərinə hücum əməliyyatına başladı.

Yalnız bir il sonra ABŞ ordusu yenidən Suriya silahlı qüvvələrinin mövqelərini bombaladı. 2018-ci il aprelin 14-də ABŞ ordusu Suriya silahlı qüvvələrinin Dəməşq yaxınlığındakı Quta rayonunda kimyəvi silahdan istifadə etməsini əsas gətirərək, Dəməşq və eləcə də Hums şəhəri yaxınlığında yerləşən Suriya ordusuna məxsus kimyəvi silah laboratoriyalarını vurdu. ABŞ ordusuna Böyük Britaniya və Fransa silahlı qüvvələri də hərbi aviasiya ilə dəstək verdi. Lakin bu zərbələr də Suriyada genişmiqyaslı hərbi müdaxiləyə çevrilmədi.

Nəticə etibarilə, ABŞ ordusunun hər iki əməliyyatı və daha sonra müxtəlif vaxtlarda Suriya ordusuna qarşı zərbələri daha çox yayındırmaq məqsədli olub. Vaşinqton Suriyada nəticəsiz müharibəyə qarışmaq istəməyib, yalnız daha ciddi beynəlxalq rezonans doğuran hadisələr zamanı məhdud müdaxilə etməklə mövqeyini nümayiş etdirib. 

ABŞ ordusunun 7 aprel bombardmanı Vaşinqtonun Yaxın Şərqdə Əfqanıstan və İraqdan sonra növbəti genişmiqyaslı hərbi kampaniyasına çevrilmədi. Lakin bu zərbələr Trampın imicinə müsbət təsir etdi, həmçinin onun tərəfdarlarını məmnun etdi, tənqidçilərini isə susdurdu. Eyni zamanda, Obama zamanında ABŞ-ın Yaxın Şərqdəki proseslərə məsafəli yanaşmasını tərəfli siyasətə çevirdi. Tramp ərəb blokunu arxasına alaraq, İrana qarşı kəskin xətt müəyyən etdi.

Təsadüfi deyil ki, 7 aprel zərbələrindən 40 gün sonra Səudiyyə Ərəbistanında regional təhlükəsizlik konfransında iştirak edən ABŞ prezidenti İrana və onun tərəfdarlarına qarşı sərt mövqeyini ortaya qoydu, eləcə də ərəb ölkələri ilə fantastik rəqəmlərlə ölçülən silah müqaviləsi imzalamaqla körfəz ölkələrinə dəstək təminatı verdi. Bundan sonra regionda gərginlik daha da yüksəlməyə başladı. 

Son xəbərlər

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı

Bakıda yenidən qurulan parklanmada qiymətlər...

Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT

Bütün xəbərlər