{category-title}

Ağsu rayonunda koronavirusla mübarizə məqsədilə əhalinin maarifləndirilməsi və dezinfeksiya tədbirlərinin aparılmasına diqqət artırılıb

 

 

Ağsu rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə əhalinin maarifləndirilməsi və dezinfeksiya tədbirlərinin aparılmasına diqqət artırılıb.
  Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev yaradılmış mobil qrupların üzvləri ilə görüşərək əhalinin maarifləndirilməsi məqsədilə onlara tövsiyə və tapşırıqlarını verib. Mobil qruplarla yanaşı, RİH başçısı rayon Polis Şöbəsinin rəhbərliyi ilə birlikdə Ağsu şəhərinin küçə və meydanlarında, ticarət obyektlərində, ərzaq mağazalarında, apteklərdə fərdi görüşlər keçirib, sahibkarlarla, satıcı və alıcılarla karantin rejiminin qaydalarına riayət edilməsinə dair söhbətlər aparmaqla müvafiq tövsiyələr veriblər. 
  Eyni zamanda, zəruri ehtiyac olmadan küçələrə çıxan sakinlərə karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri izah olunub, onlarla profilaktik söhbətlər aparılıb, evdə qalmaq, küçəyə çıxmamaq tövsiyə edilib. Rayon rəhbərliyi sakinləri dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə, karantin rejiminin qaydalarına düzgün riayət etməyə çağırıb. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılmaqla yanaşı, onlara tibbi spirt və maskalar paylanılıb.
  Koronavirus infeksiyası ilə mübarizə məqsədilə maarifləndirici tədbirlər rayonunun bütün yaşayış məntəqələrində aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum ünsiyyətdə olmaq tapşırılır.
  Rayonda koronavirus infeksiyasına yoluxma hallarının vaxtında qarşısının alınması məqsədilə görülmüş çoxsaylı tədbirlərin davamı olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən 02.04.2020-ci il tarixdə təkrarən 2 küçədə, 18 çoxmənzilli ictimai yaşayış binasında, 62 qeyri-yaşayış binasında, 59 ticarət obyektində və 17 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.
  Karantin rejiminə əməl edilməsi məqsədilə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gün ərzində aparılan reydlər nəticəsində 15 nəfər rayon sakini karantin rejiminin tələblərini pozduqlarına görə cərimə edilib.
  Bütün bunlarla yanaşı, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində evdən çıxmaları mədudlaşdırılmış daha bir qrup tənha, yaşlı, maddi imkansız rayon sakinlərinə ərzaq yardımları verilib.

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər