pressxeber.info
pressxeber.info

Bakıda karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı

24 dəfə baxılıb 4-04-2020, 12:43

Bakıda karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı

 

 


Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları karantin rejimini pozduğu üçün küçədə saxlanılan adamın narkotik satıcısı olduğunu müəyyən ediblər.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından xəbər verilib.
Məlumata görə, aprelin 3-də hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər odlu silah saxlamaq və oğurluq etməkdə məhkum olunmuş Lənkəran rayon sakini (1990-cı il təvəllüdlü) Murad Əliyevi saxlayıb.
İlkin araşdırma zamanı gəncin narkotik ticarəti ilə məşğul olduğu müəyyən edilib. Axtarış zamanı M.Əliyevin üzərində 54.042 qram metamfetamin, 41.345 qram heroin və 6.020 qram həşiş aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, güclü narkotik və psixotrop maddələrin yayılması ilə məşğul olan şəxslərin dairəsi müəyyənləşdirilir.
Qeyd edək ki, ötən gün paytaxtda polis bölmələrinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli üç cinayətin üstü açıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2020    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi