pressxeber.info
pressxeber.info

KİV: FIFA "Tokio-2020" üçün futbolçuların yaş həddini artırdı

26 dəfə baxılıb 4-04-2020, 11:43

KİV: FIFA "Tokio-2020" üçün futbolçuların yaş həddini artırdı

 

 

FIFA Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edə biləcək oyunçuların yaş həddini artırıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, yeni yaş həddi 24 olacaq. Bildirilib ki, dəyişikliyə səbəb Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi ilə əlaqədardır.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, olimpiadada heyətə 23 yaşdan yuxarı olmayan futbolçular və yaş həddini aşan 3 oyunçu daxil edilə bilər.

“Tokio-2020”də 16 komanda iştirak edəcək, hazırda 14 iştirakçı məlumdur. Yaponiya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Kot d'İvuar, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Argentina və Braziliya vəsiqəni təmin edib. 

Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası (CONCACAF) və Karib dənizi hövzəsindən hərəyə bir iştirakçı qatılacaq. Yay Olimpiya Oyunları 2021-ci il 23 iyul – 8 avqust tarixlərində olacaq. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2020    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi