pressxeber.info
pressxeber.info

Aztəminatlı gənclərə şad xəbər – Onlara da yaşayış sahəsi veriləcək

27 dəfə baxılıb 2-04-2020, 12:38

Aztəminatlı gənclərə şad xəbər – Onlara da yaşayış sahəsi veriləcək

 

 

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsi nəzərdə tutulur.

 

PessXeber.info-ın məlumatına görə, bununla bağlı Azərbaycanın Mənzil Məcəlləsinə dəyişiklik təklif edilir.

 

Məcəllənin 48.1-ci maddəsində qeyd olunur ki, sosial kirayə müqavilələri əsasında müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

Təklif olunan dəyişikliyə əsasən aztəminatlı gənclər də bu siyahıya əlavə edilir.

Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2020    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi