{category-title}

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub. İclasda 8 məsələyə baxılıb.

 

 

Milli Məclisin deputatı Məzahir Əfəndiyev iclasın gedişatında Covid19, koronavirusla mübarizə tədbirlərinin daha da gücləndirmək məqsədi ilə vətəndaşları yalnız Nazirlər Kabinetinin yaratdığı Operativ Qərərgahın rəsmi məlumat və tövsiyələrinə əməl etməyə çağırdı. M.Əfəndiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının dünyanı lərzəyə gətirən korona virusuna qarşı qəti tədbirləri, sərəncam, fərmanları və vətəndaşları evdə qalaraq özlərini, ailələrini qorumaq, xalqımızı birlik nümayiş etdirməyə dəvət etməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir ana kimi sakinlərdən Operativ Qərərgahın yaydığı məlumatlara əməl etmələrini, evdə qalaraq həyat xilas etməyə çağırışını yüksək qiymətləndirdi. M. Əfəndiyev ölkə başçısının Azərbaycan həkimini alqışlaması, onların əmək haqqının qaldırılmasını diqqətə çatdırdı. Deputat xalqın dezinformasiya xarakterli məlumatlara inanmamağının, evdə qalaraq bu xəstəlikdən qorunmağın, gigiyenik qaydalara, spirt məhlulundan, qoruyucu maskalardan istifadə edərək, canlı təmasdan uzaq durmağın vacibliyini bildirdi. M, Əfəndiyev bu gün bəzi apteklərdə spirt, qoruyucu maskaların çatışmamazlığını bildirərək, təcili olaraq bu ləvazimatların apteklərdə olmasının vacibliyini, bu vəziyyətdə bu ləvazimatları baha satan və ya satışına mane olan işbazlara qarşı cinayət məcəlləsinə uyğun iş aparılmasını bildirdi.Əlaqədar təşkilatların məsələylə əlaqədar təcili hərəkətə keçməsini təklif etdi. Regionlarda, o cümlədən kəndlərdə dizenfeksiya işlərinin zəifliyini, rayon icra hakimiyyətləri tərəfindən təcili olaraq məsuliyyətlə bu işlərə yanaşması məsələsini gündəmə gətirən deputat həyəcan təbilinin çalınmasını diqqətə çatdırdı. 65 yaşlı insanların çölə çıxmamasının vacib olduğunu yalnız onlara qarşı birazda diqqətli olsaq görərik ki, bu aylar təqaüdçülərin pensiyalarını alınması günlərinə təsadüf edildiyindən, kəndlərin bəzisində bankomatların olmamasını vurğulayan M. Əfəndiyev ərazilərdə təqaüdlərin evlərə çatdırılmasını bu dönəm üçün vacib olduğunu bildirdi. Belə bir proqram keçmiş dövrlərdə olduğu üçün bu günlərdə yaşlı nəsil nümayəndələrinin evdə qalmasını və onların pensiyalarının evə çatdırılmasının bərpasının lazım olduğunu təklif etdi. Çıxışının sonunda deputat bir daha vətəndaşlardan evdə qalmağı, evdən çıxmamağı, gigiyenik qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyə və sərəncamlarına əməl etməyə çağırdı.

Qeyd edək ki, 8 məsələ plenar iclasa teqdim edilib.

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər