{category-title}

Gəncə Regional Mədəniyyət idarəsi də, cənab Prezidentin çağırışına dəstək verdi-Video

 

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) elan edilməsi çərçivəsində, yaşı 65-dən yuxarı olan insanların da evdən çıxması qadağan olunb. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər olunmaqla gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan insanlara evlərində gündəlik sosial xidmətlər göstərilməyə başlanılıb. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən, dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib. Ölkə rəhbəri tərəfindən verlmiş belə bir tapşırıqdan sonra o da bəlli olub ki, respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha yaşayan vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən dövlət qurumlarından biri də, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət idarəsinin kollektividir. Artıq kollektiv üzvləri xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) “Siz hər zaman bizimləsiniz” adlı xeyirxah ənənələrimizi yaşadan kompaniyaya başlayıblar. Bu kompaniya çərçivəsində yaşı 65-dən yuxarı olan və mədəniyyət sahəsində çalışan ahıl insanlara baş çəkiləcək, onlara sovqat aparılacaq, onların hər birinə ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin həyata keçirilməsində və s. köməkliklər olunacaq. Belə bir addımların atılması onu sübut edir ki, Gəncə Regional Mədəniyyət idarəsinin kollektivi cənab Prezidentin çağırışına dəstək olmaqla, əslində əsl vətəndaş məsuliyyətini ortaya qoymuş olurlar. Ona görə də, bu yöndə atılan addımı hər kəs lazımınca dəyərləndirib, sidq ürəkdən də alqışlamalıdır.

Hazırladı: Xəlil Yusifoğlu

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər