{category-title}
Gündəm / Cəmiyyət
25.03.2020, 11:32
İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək
İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.
"Mediabiz.az"nun məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görmək öhdəliyi götürüblər.