pressxeber.info
pressxeber.info

Elman Rüstəmov metro və avtobusda qiymət artımından danışdı: bahalaşma olacaq

109 dəfə baxılıb 1-08-2018, 12:00

"Avtobus və metroda qiymət artımının inflyasiyaya yüksəldici təsiri var".

pressxeber.info apa-ya istinadla xəbər verir ki, məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

" Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf təsirindən kənarlaşdıra bilər", deyə sədr bildirib.

E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi