{category-title}

 

 

Medianın İnkişafı Agentliyi ilə AİJF rəhbərliyi arasında idman mətbuatı müzakirə olundu

 


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovla Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev arasında AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər paketinin müzakirəsi məqsədilə görüş keçirilib.

Mediabiz.Az-ın xəbərinə görə, görüş zamanı idman mediasına mümkün dövlət dəstəyi ilə bağlı məsələlər, xüsusən də AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər ətrafında birgə müzakirələr aparılıb.

Müzakirələr zamanı Əhməd İsmayılov qeyd edib ki, təqdim edilən bəzi təkliflər ümumən agentliyin öz qarşısına qoyduğu planlarla üst-üstə düşür.

Həmçinin vurğulanıb ki, agentlik öz fəaliyyətində heç bir media nümayəndəsinə fərq qoymayacaq və idman jurnalistləri də digər media nümayəndələri kimi dövlətin yaratdığı imkanlardan istifadə edə biləcəklər.

Eyni zamanda yaxın gələcəkdə tətbiq edilməsi planlaşdırılan yeniliklərə əsasən istər qəzetlər, istər saytlar, istərsə də digər media subyektləri tərəfindən biznes layihələrin hazırlanıb agentliyə təqdim edilməsi nəzərdə tutula bilər. Bu layihələr həmin media subyektinin gələcək inkişafına təkan vermək məqsədi daşımalıdır. Agentlik perspektivli olacağına əmin olduğu təqdirdə həmin layihələrin və onları təqdim edən media qurumlarının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirə bilər. Əhməd İsmayılov bildirib ki, idman saytları da qeyd olunan layihələrlə çıxış etmək imkanı əldə edəcək.

Görüş zamanı bildirilib ki, ötən ildə olduğu kimi bundan sonrakı dövrdə də idman jurnalistləri agentlik tərəfindən təşkil edilən yazı müsabiqələrində iştirak edə biləcəklər.

Son xəbərlər

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Bütün xəbərlər