{category-title}

MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib

 

“Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqəyə çıxarılan istənilən tezlik müxtəlif səbəblərdən dəyişdirilə bilər. Həm də belə dəyişmələr istənilən vaxt, hətta tezliyin ayrıldığı andan çox keçməmiş də baş verə bilər”.

Bu barədə Redaktor.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov bildirib.

Onun sözlərinə görə, tezliklərin dəyişdirilməsinin səbəbləri kimi ayrılmış tezlikdə maneələrin (interferensiyaların) yaranması, tezliklərin bölgələr üzrə uyğunlaşdırılması, onda bir meqahers tezlikləri cüt rəqəm olan tezlikdən tək rəqəm olan tezliyə keçilməsi və s. ola bilər: “Şura tərəfindən hər il 6...10 FM yayımının işçi tezliyi və ya TV yayım kanalı dəyişdirilir. Azərbaycan Respublikasında tezliklərə Dövlət Radiotezliklər Komissiyası tərəfindən nəzarət olunur, MTRŞ ayrılmış diapazondan istifadəyə yararlı boş olan tezliklərdən birini müsabiqəyə çıxarır. FM radio yayımı bütün dünyada 88...108 MHs tezlik diapazonunda aparılır”.

İ. Məmmədov deyib ki, istənilən halda hər hansı yayımçı tezliyin sahibi sayıla bilməz: “Rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10...12 radio proqramı yayımlanır. Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir. Yeri gəlmişkən qeyd edim ki, hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi də yuxarıda qeyd olunan səbəblərdən biri – onda biri tək rəqəm olan tezliyə keçmək məqsədilə 102,1 MHs-ə dəyişdirilə bilər".(apa)

Son xəbərlər

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Bütün xəbərlər