{category-title}

 

 

 
 

Azərbaycan icmasından britaniyalı deputatlara çağırış

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Britaniya parlamentinin üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Ülvi Pepinova, Fəridə Pənahova, Nərminə Məmmədova, Toğrul Bağırov və Vüsalə Kərimovanın imzası ilə ingilis parlamentarilərinə ünvanlanan müraciətdə bildirilib ki, fevralın 26-da dünya azərbaycanlıları tariximizin ən qara səhifələrindən birini, dərin ağrı və milli sarsıntı olan Xocalı soyqırımının növbəti ildönümünü yad edirlər. Xocalı soyqırımını XX əsrin ən dəhşətli kütləvi qırğını olan Serebrenitsa və Sonqmi ilə müqayisə edən soydaşlarımız erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri amansız cinayət barədə ətraflı məlumat veriblər.

Azərbaycan icmasının üzvləri ingilis deputatları bu müraciəti İcmalar Palatasında səsləndirməyə, 26 fevral tarixini Xocalının anım günü elan etməyə, soyqırımı pisləyən qətnaməni imzalamağa, onu törədənlərin Haaqadakı Beynəlxalq tribunalda mühakimə olunmasını tələb etməyə çağırıblar.

Soydaşlarımız həmçinin beynəlxalq birliyi susmamağa, Xocalı soyqırımının icraçılarını qınamağa və törətdikləri vəhşiliyə görə məsuliyyətə cəlb olunmalarını tələb etməyə səsləyiblər.

 

Son xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Bütün xəbərlər