{category-title}
Cəmiyyət
26.01.2021, 15:19
Pakistan səfirliyi vizaları elektron qaydada verəcək
Fevralın 1-dən etibarən Pakistanın Azərbaycandakı səfirliyi vizaların elektron qaydada verilməsinə başlayacaq.
Bununla əlaqədar olaraq Pakistan səfirliyinin feysbuk hesabında bildiriş yayımlanıb.
“1 fevral 2021-ci il tarixindən etibarən bütün müraciətçilərin viza müraciətlərini www.visa.nadra.gov.pk portalından həyata keçirməsi tövsiyə olunur”,- deyə bildirişdə qeyd olunub.